25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"İnter" Avroliqaya 70 faiz hazırdı"

"Oyun yaxşı keçdi. Düzdür, qələbə qazana bilmədik, oyun 0:0 hesabı ilə yekunlaşdı. Amma rəqib də yaxşı komanda idi". Futbolxeber.az saytına verdiyi açıqlama bu sözləri "İnter"in üzvü Asif Məmmədov Rusiyanın "Krasnodar" klubuna qarşı keçirilən oyunu şərh edərkən deyib.

"Qələbə qazanmağınıza nə mane oldu" sualını Asif Məmmədov belə cavablandırıb: "Hələ ki bu qarşılaşdığımız ilk güclü rəqib idi "Krasnodar". Düzdür, qələbə qazanmaq üçün imkanlarımız oldu, amma təəssüf ki, faydalana bilmədik. Komandamıza hələ təzə oyunçular da qoşulacaq. İnanıram ki, növbəti oyunlarda qələbə qazanacağıq. Əsas odur ki, yaxşı oynadıq. Rəqib güclü olsa da, oyun baxımından eyni səviyyədə çıxış etdik. Yəni ki, onlarla aramızda ciddi səviyyə fərqi yox idi".

Asif Məmmədov komandasının son durumunu belə şərh edib: "Brus Abdulaye artıq komandaya qayıdıb. Yeni gələn futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Məşqçimiz kimi məsləhət bilsə, onlar da komandada qalacaq. Hazırda "İnter" Avroliqaya 70 faiz hazırdı. Qarşıda hələ vaxtımız var. İnanıram ki, qarşıdakı 2 həftə ərzində də çatışmayan cəhətlərimizi yoluna qoya biləcəyik".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30