19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Gəncədə futbolun nə qədər sevildiyi məlumdu”

Topaz Premyer Liqasında ilk dövrəsində 29238 azarkeş “Kəpəz”in 3 ev oyununda “sarı-göylər”ə dəstək verib. Futbolxeber.az saytının məlumatına görə, Nizami yurdunun təmsilçisinin Gəncədə keçirdiyi matçları izləyənlərin sayı digər 25 çempionat oyununa baxanların sayından (26590) daha çox olub.

“Kəpəz”in azarkeş liderliyi ilə bağlı klubun icraçı direktoru Cabir İbrahimov kapazpfc.az saytına açıqlama verib: “Gəncədə futbolun nə qədər sevildiyi məlumdu. Bunun nəticəsidir ki, “Kəpəz”in böyük fanat ordusu var. Azarkeşlər daim komandanın ev oyunlarına maraq göstərirlər. Bu işdə klub rəhbərliyi də maraqlıdır. Çünki futbol azarkeşlər üçündür. Çempionat yeni başlayanda ilk iki ev oyunumuza bilet satışı təşkil etmədik. Necə ki, azarkeşlər “Kəpəz”in arxasındadırlar, eləcə də biz onların yanındayıq. “Qarabağ”la ev oyununda isə stadiona giriş pullu olsa da, bu tamaşaçı axınına mane olmadı. Əksinə, rəqəmlər də göstərir ki, matça daha çox tamaşaçı gəldi. Komandamız da güclü dəstəyin nəticəsində daha da yaxşı oynayır və uğurlu nəticələr göstərməyə çalışır. Fürsətdən istifadə edib azarkeşləri qarşıdakı ev oyunlarımıza dəvət edirəm, stadiona gəlib doğma komandaya ruh versinlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30