18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçuk: “Özümü öldürsəm də...”

“Qələbə qazanmaqla lazım olan 3 xalı əldə etdik. Komandam bu gün gözəl oyun sərgilədi. İdeal oyun olmasa da, bu, mənim arzuladığım futboldur”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Qarabağ”la oyundan sonra deyib.

Təcbürəli mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: “Birinci hissədə çox gözəl oyun nümayiş etdirdik. İstəyimizə uyğun oynadıq. İkinci hissədə “Qarabağ” üstün olsa da, bu o demək deyil ki, onlar bizi müdafiə olunmağa məcbur etdi. Bugünkü oyuna görə futbolçulara “afərin” deyirəm”.

Qriqorçuk Dabo və Uiksin fiziki cəhətdən hazırlıqsız olması fikri ilə razılaşmayıb: “Bu suala necə cavab verəcəyimi bilmirəm. Bundan öncəki oyunda Dabo 60 metrlik məsafəni qət edərək, qol vurmuşdu. Düşünmürəm ki, onların fiziki cəhətdən problemi var. Kim daha hazırdısa, o da meydana daxil olur. Özümü öldürsəm də, 14 nəfərdən artıq oyunçunu meydana buraxa bilməzdim”.

Qriqorçuk yerli və legioner futbolçular arasında fərq qoymadığını bildirib: “Azərbaycanlı və legioner futbolçular arasında fərq qoymuram. Futbolçuların pasportuna baxmıram. Kim layiqdisə, o da oynayır. Azərbaycanda yaxşı futbolçular var. Bu gün hər iki komandada kifayət qədər yerli futbolçu çıxış edirdi. Bizim heyətimizdə yaxşı azərbaycanlı oyunçular var. Məsələn, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov və Rəşad Sadiqov. Rəşad mənim üçün fenomendi. Elvin Camalov da bu gün çox yaxşı çıxış etdi. Asif Məmmədov isə get-gedə artırır”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30