29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Neftçi”nin icraçı direktoru: “Bundan gözəl gün ola bilər?”

"Bundan gözəl gün ola bilər? Həqiqətən də çox sevinirik”. Futbolxeber.az saytına özəl açıqlamasında bu sözləri “Neftçi”nin yeni icraçı direktoru Elnur Eyvazov “Kəpəz”lə oyundan sonra deyib.

Topaz Premyer Liqasının VII turunda “Neftçi” 5 oyunluq uğursuzluğa son qoyaraq, 2:0 hesablı qələbə qazandı.

Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Elnur Eyvazov sevincini gizlətməyib: “Qalib gəldiyimiz, uğursuzluğa son qoyduğumuz üçün çox şadam. Bu qələbəni çox gözləyirdik. Oyundan sonra komandanı təbrik etdik. Hər kəs məmnundur”.

Ardıcıl uğursuzluqdan sonra “Neftçi”nin futbolçularına mükafatlar verilməyəcəyi bildirilmişdi. Maraqlıdır, 5 turdan sonra qalib gələn komanda üzvləri əlavə pul alacaqmı? Bununla bağlı suala Elnur Eyvazov dəqiq cavab verməyib: “Baxacağıq, nəsə olmalıdır”.

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin “Kəpəz”lə görüşdə yox idi. Bunu Abdullayevin xaricdə olması ilə izah edən Eyvazov, klubda gedən dəyişikliklərlə bağlı sualı da cavablandırıb: “Hal-hazırda “Neftçi”də struktur dəyişikliyi gedir. Yenə də dəyişikliklər olacaq. Çalışırıq, əlimizdən gələni edirik. Komandada hər kəsin məqsədi hazırkı vəziyyətdən çıxmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31