19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Adil Şükürov: "Qol vurmaq baxımından problemimiz var"

"İkinci hissədə sərgilədiyimzi futbola görə uşaqlara təşəkkürümü bildirdim. Çox vacib an idi. Bu məqamda xal qazanmağımız vacib idi. İki fərqli hissə oldu. İlk 45 dəqiqədə rəqib, ikinci hissədə isə biz üstün olduq. Qol vurmaq baxımından problemimiz var. Bunu da aradan qaldırmağa çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın 7-ci turunda “İnter”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Sanki futbolçularınız meydana bir-biri ilə yola getmir. Aralarında komanda yoldaşına söyüş söyənlər də var...

- Futbol hisslər oyunudu. Belə gərginlikdə bu, təbii haldı. Düzdü, olmamalıdı. Futbolçularla bu barədə söhbət edəcəyik.

- Qeyd etdiniz ki, vacib anda xal qazandınız. 6 oyunda 6 xal qazanmağınıza görə rəhbərlik tərəfindən sizə təzyiqlər var idi?

- Futbolçular tərəfdən təzyiq var. Qalib gələ bilməyəndə özlərini yaxşı hiss etmirlər. Rəhbərlik bizi dəstəkləyir. Oyunçularımın stressi üzərindən atmağı çox vacib idi.

- Dövrələr arası fasilə komandanızın işinə yarayacaqmı?

 

- Bu, bizə sərf edir. Çünki çatışmazlığı aradan qaldırmalıyıq.

Mənbə: Futbol11.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30