19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

UEFA prezidenti: "Azərbaycanın avrokubok finalı keçirmə şansı var"

"Bu cür tədbirlərin keçirilməsi futbolun inkişafına böyük kömək göstərir. Avro-2020-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Avro-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: "Loqonun arxasındakı ideya millətləri birləşdirir".

A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: "24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Gözəl görüntüsü var, çox gözəl stadiondur. Dünən "Qəbələ" - "Maynts" görüşünü izlədim. Həmin arena da gözəldir".

UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: "Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30