24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Belə ciddi uğursuzluqlara öyrəşmişik"

"İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətdən sonra deyib.

O bildirib ki, "Fiorentina"nın yaxşı oyunçuları və dayanmadan taktiki dəyişikliklər edən Paulu Souza kimi dahi baş məşqçisi var. Qurbanovun fikrincə, görüş saat 23:05-də başlasaydı, oynamaq daha çətin olacaqdı. 44 yaşlı mütəxəssis komandasının verdiyi tapşırıqlara uyğun oynamasından razılıq ifadə edib:

"Mən də irəlidə yaxşı oynayan və topla davranmağı bacaran bir neçə futbolçunu qeyd edərdim. İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".

Baş məşqçi "Qarabağ" üçün Avroliqada hər şeyin hələ başa çatmadığını və irəlidə 4 oyunun olduğunu da xatırladıb:

"Bizim Avropada gözəl təcrübəmiz var. Buna görə də, biz belə ciddi uğursuzluqlara öyrəşmişik".

Qeyd edək ki, 30-cu dəqiqədə Elvin Yunuszadənin qovulmasından sonra azlıqda qalan "Qarabağ" "Fiorentina"ya 1:5 hesabı ilə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30