25 May 2018, Cümə
“Qarabağ” 9 futbolçuyla vidalaşdı
Etopaz-da bu gün 15 canlı oyun
“Qəbələ”dən növbəti çempionluq
Cavid Hüseynova sərt cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Çalışacağıq ki, buradan sərfəli nəticə ilə qayıdaq"

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.

Mətbuat konfransında Əfran İsmayılov da öz fikirlərini bildirib:

“Rəqibimiz çox güclüdür. Biz də xal qazanmaq üçün bura gəlmişik. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.

 


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31





Click to Visit