20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

İqor Ponomaryov: “Neftçi”ni belə vəziyyətdə görmək ağırdır”

Veteran futbolçumuz İqor Ponomaryov İsgəndər Cavadovun 60 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimindən öncə jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Bakıya budəfəki səfərinizin məqsədi yalnız İsgəndər Cavadovun yubileyində iştirak etməkdir?

- Bəli, təkcə buna görə gəlmişəm. Təşəkkürüm edirəm ki, məni bu tədbirə dəvət ediblər. İsgəndərlə biryerdə böyümüşük, dostuq. Bir-birimizin evindəki problemlərə qədər xəbərimiz olur, həyatımızın xoşbəxt anlarını birgə bölüşürük.

- Sabiq komandanız “Neftçi” hazırda yaxşı günlərini yaşamır. Bu haqda nə deyə bilərsiz?

- Dəqiq nəsə demək çətindir. Çünki komandanın daxilində nələrin baş verdiyini bilmirəm. 

- Hazırda “Neftçi”ni bu bərbad vəziyyətdən çıxarmaq üçün nə etmək lazımdır?

- Bunun üçün klubun rəhbərliyi var. Onlar çıxış yolu tapmalıdırlar. Lazım olsa, hər zaman kömək etməyə hazıram. “Neftçi”ni belə vəziyyətdə görmək ağırdır.

- İsveçdə nə işlə məşğulsunuz?

- "Neftçi Stokholm" klubu yaratmışıq. Klub Azərbaycanın Stokholmdakı Konqressinin dəstəyi sayəsində formalaşıb. Hələ ki heç bir yerdə oynamırıq. İlk addımlarımızı atırıq.

- Həmin komandada yalnız azərbaycanlılar çıxış edəcək?

- Xeyr. Belə bir məhdudiyyət yoxdur. Sadəcə, ölkəmizi daha da tanıtdırmaq istəyirik. İsveçdə Türkiyə komandaları var. Qoy, "Neftçi" də olsun.

- Azərbaycandan son zamanlar hansısa təklif almısız?

- Xeyr.

- Oğlunuz Anatoli nə işlə məşğuldur?

- Onun menecerlik agenti var. O da bu yolda yenicə addımlamağa başlayıb. Bu yay hər hansı transfer reallaşdıra bilmədi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30