25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vaqif Cavadov: "Mənə stimulu Prosineçki yox, ailəm verir"

"Neçə illər ərzində yığmanın şərəfini qorumuşam. Köməyim lazım gəlsə, yenə gəlib oynayacağımı bir daha bəyan edirəm". Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın futbolçusu Vaqif Cavadov səfərdə "Neftçi"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirdiyi brifinqdə deyib.

"Sumqayıt" klubunun 27 yaşlı yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatda bu mövsüm ilk qələbənizi qazandınız. Oyun necə alındı?

- Çox maraqlı oyun oldu. Hər iki komanda turnir cədvəlində istənilən yerdə olmadığından, qalib gəlmək istəyirdi. Amma bizdə istək daha çox olduğu üçün qələbə qazandıq. Yalnız öz komandam barədə danışa bilərəm. Biz çox çalışdıq, vuruşduq, bir olduq və qalib gəldik. Rəqib haqda danışmaq istəmirəm. Sadəcə, uğurlar arzulayıram.

- Robert Prosineçki də oyunu izləyirdi. Bu, sizə əlavə stimul verirdi?

- Stimulu mənə, sadəcə, ailəm, komandam və özüm verirəm. Çünki meydana çıxanda həmişə vuruşmuşam ki, komandam yaxşı oyun sərgiləyərək qalib gəlsin. Həmçinin, bu oyunda.

- Prosineçkidən yeni dəvət gözləyirsiniz?

- Belə suallar çox verilir. Həmişə can-başla millidə oynamışam. Neçə illər ərzində yığmanın şərəfini qorumuşam. Köməyim lazım gəlsə, yenə gəlib oynayacağımı bir daha bəyan edirəm.

- "Neftçi"nin hazırkı vəziyyəti qələbənizdə rol oynadı?

- Deməzdim. "Neftçi" - hər zaman "Neftçi"dir. Sadəcə, "Sumqayıt" bu gün güclü idi. Bunu da sübut etdi.

- Bəs "Qəbələ" ilə əvvəlki oyunda xalsız qalmağınızda hakimlərin rolu nə qədər oldu?

- Hakimlərdən çox danışırıq. Yenə də nəsə deməyimiz boş-boş söhbətlər olacaq. Üç xalımızı qaytaran olmayacaq. Sadəcə, həm "Qəbələ", həm də "Neftçi"yə uğurlar arzulayıram.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30