19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Bunu Qurban Qurbanovdan soruşsaz, daha yaxşı olar”

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Kəpəz”lə oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının da suallarını cavablandıran Medvedevin müsahibəsini təqdim edirik:

- “Kəpəz”lə görüş “Qarabağ” üçün çətin alındı. Bunun səbəbi nədədir?

- Birinci hissədə oyunumuz alınmırd. Meydançanın durumu göz önündədir. Dünən yağış yağdığından qazon çox pis vəziyyətdə idi. İkinci hissədə daha yaxşı təsir bağışladıq. Çalışırdıq top saxlayaq. Lakin bu, elə də asan deyildi. Hesabda geridə idik. Buna baxmayaraq, cavab qolunu vuraraq 1 xal qazandıq. Halbuki uduza da bilərdik.

- “Qarabağ” Gəncəyə oyun günü gəldi. Bu meydançada məşq etməməyiniz çıxışınıza təsir göstərdi?

- Deməzdim. Əksinə, mən tərəfdayıram ki imkan varsa, səfərə elə oyun günü yollanaq. Öz bazamızda hər cür şərait var. Gəncəyə təyyarə ilə gəlməyimiz yaxşı oldu. Bu halda yorğunçuluq da yaranmır. Sanki Sumqayıta avtobusla yollanmışıq.

- Bu həm də komandanı maddi cəhətdən irəli salır...

- Maddi tərəfini deyə bilmərəm. Mən o işlərə qarışmıram.

- Oyunun gedişində İlqar Qurbanovla əvəzlənməyinə səbəb nə idi?

- Bu sualı baş məşçiyə versəz, daha yaxşı olar. Bəlkə də yorulmağımı istəmirdi. Nəzərə alaq ki, rəqib komandada mənim cinahımda yeni oyunçu meydana daxil olmuşdu. O, daha “sveji” idi.

- Bəlkə Qurban Qurbanov “Fiorentina” ilə oyuna görə bu addımı atıb?

- Ola bilər. Görünür, baş məşqçimiz zədədən qaçmaq üçün belə addım atıb.

- “Qarabağ” növbəti oyununu “Fiorentina”ya qarşı keçirəcək. Çətin səfərdən sərfəli nəticə ilə qayıtmaq mümkün olacaq?

- Çox maraqlı oyun olacaq. Biz də bu oyunu səbirsizliklə gözləyirik. “Fiorentina” İtaliyanın aparıcı klublarınan biridir. Məşhur klubdur, heyətlərində güclü futbolçular var. Bilirəm ki, azarkeşlər bizdən çox şey gözləyirlər. Amma rəqibin kimliyini də nəzərə almaq lazımdır. Çox çətin oyun olacaq. Səfərdə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30