19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Coşqun Diniyev: “Atama, qardaşıma qarşı oynamaq artıq adiləşib”

“Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniyev “Kəpəz”lə oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının da suallarını cavablandıran Diniyevin müsahibəsini təqdim edirik:

- “Kəpəz” səfərində xal itkisi ilə üzləşdiniz. 1:1 hesabı ilə yekunlaşan görüş barədə nə deyə bilərsən?

- Bu, bizm ən çətin oyunlarımızdan biri idi. Bunu dərk edib Gəncəyə gəlmişdik. Həm azarkeş dəstəyi “Kəpəz”in xeyrinə idi. Həm də qazonun durumu yaxşı vəziyətdə deyildi. Üstəlik, “Kəpəz” “Qarabağ”a qarşı istəkli oynayırdı. Matçın çətin keçəcəyini dərk edirdik. Rəqib bizə qarşı çox çətinlik yaratdıq. Lakin sona qədər mübarizə apardıq. Qələbə üçün oynayırdıq. Bir qədər bəxtsizlik, şansızlıq qələbə qolunu vurmağımıza mane oldu.

- Nəticəni ədalətli saymaq olar?

- Olar. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Ona görə nəticə ədalətlidir.  

- Sanki hesabda geri düşdükdən sonra “Qarabağ”ın oyun sistemi pozulmuşdu...

- Belə deməzdim. Sadəcə meydanın vəziyyəti çox pis idi. Top gələndə vəziyyət dəyişirdi. Topu qəbul etmək, ötürmə  vermək heç də asan deyildi. Hər komanda qol buraxandan sonra tələsir.

- Növbəti turda “Qarabağ”ı səfərdə “Qəbələ” ilə çətin oyun gözləyir. Bu qarşılaşma barədə fikirlərin necədir?

- Təkcə “Qəbələ” ilə oyunda yox, hər turda xal itirmək ehtimalı var. Bütün komandalar 3 xal üçün meydana çıxırlar. Qəbələdə tam fərqli futbol olacaq. Kim layiqdirsə, o da qalib gələcək.

- Bu gün növbəti dəfə atan və qardaşına qarşı rəqib qismində çıxış etdin. Hansı hisslər keçirirdin?

- Artıq öyrəşmişəm. Atama, qardaşıma qarşı oynamaq artıq adiləşib. Emosiya qalmayıb. Ötən mövsüm 4 dəfə onlara qarşı çıxış etmişdim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30