19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyev: “Biz də qalib gələ bilərdik, “Qarabağ” da”

“Qarşılaşma gərgin alındı. Biz də qalib gələ bilərdik, “Qarabağ” da”. Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib

Topaz Premyer Liqasının altıncı turunda “Kəpəz” öz meydanında “Qarabağ”la heç-heçə oynayıb. Oyunsonrası mətbuat konfransında Gəncə klubunun çalışdırıcısı 1:1-lik bərabərliyi belə şərh edib: “Əsas məqsədimiz “Qarabağ”ın orta xəttini zərərsizləşdirmək idi. Şəhriyarın zədələnməsi də oyunumuza təsir etdi. Elə qolu da ehtiyatsızlıqdan buraxdıq. Oyundan öncə də müdafiədə oturmayacağımızı demişdim. Komandamın bu cür oyunu məni sevindirir. 1:1-dən sonra da ruhdan düşmədik, axıra kimi döyüşdük”.

Şahin Diniyev nəticəyə görə ot örtüyündən şikayətlənmək fikrində olmadığını bidirib: “Biz də texnikalı futbol oynayırıq. Meydança hər iki komanda üçün eynidir. Deməzdim ki, meydançanın vəziyyəti bərbad idi. Sadəcə, yağışdan sonra bir qədər vəziyyət pisləşib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30