25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millət vəkili Cavid Hüseynovun müdafiəsinə qalxdı: “...üzücü bir haldır”

Millət vəkili Fazil Mustafa hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov barədə yazıb.

Futbolxeber.az saytı millət vəkilinin sosial şəbəkədə yer alan fikirlərini təqdim edir:

- "Qəbələ" futbol klubunun istedadlı futbolçusu Cavid Hüseynovun artıq uzun müddətdir həbsxanada olması həqiqətən də üzücüdür. Jurnalistin ölümündə bilavasitə iştirakının olmasına nədənsə inana bilmirəm. Dünyasını dəyişmiş insanın valideyinlərinin duyğularını əlbəttə başa düşürəm, Cavidin qohumlarının jurnalistə qarşı zor tətbiq etməsini qınayıram, ancaq bir az da bu hadisə jurnalist ölümü ilə bağlı olduğundan beynəlxalq ictimaiyyətə mesaj vermək xatirinə sanki Cavid Hüseynova bu cür sərt cəza verildi. Bu cür istedadlı idmançılarımız çox deyil, gənc qohumlarının əməllirinin cəzasının ona şamil edilməsi məncə ədalətli sayılmaz. Şəxsən mən hansısa formada ölkə prezidentinə onun əhvi üçün müraciət etməyi məqsədəuyğun sayıram. Məncə, bu hadisə nəticəsində dünyasını dəyişmiş mərhum jurnalistin ailəsinə də bunu izah etmək mümkündür ki, bilavasitə bu əməli törətmiş insanlar layiqli cəzalarını alıblar, ola bilsin ki, Cavidin hansısa emosional addımı da proseslərin dramatikləşməsinə gətirib çıxarıb, ancaq burada bir gəncin, ailəsi qaçqınlıq həyatının iztirablarını yaşamış bir istedadlı futbolçunun hansısa səhvinin onun peşəsindən uzaqlaşmasına, uzun müddət həbsxanada qalmasına rəvac verməsi üzücü bir haldır. Anlayışla qarşılayıram ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə həmkarları bu mövqeyə etiraz bildirsinlər, ancaq nəzərə almalıyıq ki, artıq neçə müddətdir bu adam həbsdədir, çox güman ki, öz səhvlərindən peşmanlıq duyur. Onun azad olunması üçün lazımı addımlar atılacağına nədənsə ümidim böyükdür. Allah qapısını açsın!

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30