18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “İndiki vəziyyətdə AZAL-dan getsəm, bu, xəyanət olar”

Topaz Premyer Liqasının VI turunun açılış oyununda AZAL öz meydanında “İnter”ə 1:3 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilib. AZAL-ın çalışdırıcısı ilk öncə oyunla bağlı fikirlərini bölüşüb:

- Mətbuata yox, amma uşaqlara deyəcəyim sözlər çoxdur. Bu gün normal oynasaq da, uşaq səhvlərinə yol verdik. Görüləcək işimiz çoxdur. Futbolçuları qınamıram. Rəqibdən üstün oynadıq. Son turlar həddindən artıq çox qol buraxırıq. Keçən il çoxları yazırdı ki, AZAL bu meydanda hamıya qalib gəlir. Stadionda nəsə var. İndi nə yazacaqlar? Bəlkə indi bizə nəsə edirlər ki, bəlaya düşmüşük. Yaxən günlərdə heyətdə dəyişiklik edim. İnandıqlarım futbolçuların çoxu etimadı doğrultmur. Gözləmək üçün vaxtımız yoxdur. Məğlubiyyət qaçılmazdır. Bu gün yaxşı oynasaq da, uduzduq. İkinci hissədə təzyiqi artırıb qol vursaq da, səhvlər öz oyunumuzu göstərməyə imkan vermir.

- Ötən oyundan sonra istefa verə biləcəyinizi demişdiniz. Klub rəhbərliyi ilə bununla bağlı görüşünüz oldu?

- Ortaq məxrəcə gəldik ki, qışa qədər komandada qalım. İndiki vəziyyətdə komandadan getsəm, bu, xəyanət olar. Çünki bu, özümün yığdığım komandadır. Qışa qədər AZAL-dayam.

- Yayda Rail Məlikov və Aleksey Namaşka komandanı tərk etdi. AZAL bu iki futbolçudan çox asılı idi?

- Rail lider idi. Hər komandaya lider lazımdı. Ötən il ilk 5 turda ən çox tənqid olunan Rail Məlikov idi. Lakin sonradan o komandanı toparladı. İndi elə bir liderə ehtiyacımız var. Qapıçılara ciddi iradımız yoxdur.

- Artıq indidən qış fasiləsində reallaşdıracağınız transferlərlə bağlı planlar hazırdı?

- Bu gedişlə heyətə 5-6 oyunçu qatmalı olacağıq. Çalışacağıq ki, büdcəyə uyğun hərəkət edək. Qapıdan başqa bütün mövqeləri gücləndirməliyik.

- İlk hissə bitən kimi Karanadonu əvəzlədiz. Ruslan Əmircanov sonradan meydana daxil oldu. Demək olar ki, “qara siyahı”nız artıq hazırdır?

- Yox, onlar “qara siyahı”da deyillər. “Qara siyahı”ya 90 dəqiqədə oynayan da düşə bilər. Planımız belə idi ki, ilk hissədə Ruslan Nəsirli və Nuqzar Kvirtiya, sonra isə Ruslan Əmircanov olmalıydı. Təəssüf ki, istəyimiz alınmadı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30