25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: "Belə templə davam etsək...”

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” səfərdə "Zirə"yə 1:2 hesabıyla məğlub olub. Rəşad Sadıqov debüt oyunu haqda öz fikirlərini “Qarabağ”ın rəsmi saytına açıqlayıb:

"Dünən baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir, dünən də bu mənimçün sübut olundu. Baş məşqçilik çox məsuliyyətli işdi. Oyuna gəldikdə isə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkliydi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Və dünən qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq, amma buna baxmayaraq daha çox çalışmalıyıq. Dünən qələbə qazana da bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30