19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Dinamo”nun baş məşqçisi: “Qəbələ”nin oyununu bəyəndim”

“Bu, bizim üçün Avropada debüt oyunu idi. Bu gün qalib gəlsək də, istədiyimiz kimi çıxış etmədik. Çalışacağıq Moskvada daha məzmunlu oyun sərgiləyək”. Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Dinamo”nun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Sergey Çikişev deyib.

Moskva klubu bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda ilk oyununda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib.

Oyunsonrası mətbuat konfransında Çikişev “Qəbələ” haqda bunları söyləyib: “Qəbələ”nin oyununu bəyəndim. Onu da qeyd edim ki, komandanın gözəl infrastrukturu var. Bu, güclü futbolçuların üzə çıxmasına zəmin yaradacaq. Etiraf etmək istəyirəm ki, “Qəbələ” Akademiyasının şəraiti bizimkindən qat-qat üstündü. Bizdə yeni stadionun təmirinə start verilib. “Dinamo”nun əsas komandasının stadionu tikildikdən sonra akademiyanın da təməli qoyulacaq”.

- Komandanızın heyətinizdə Rusiya Premyer Liqasında oynamaq gücündə olan futbolçular varmı?

- “Dinamo”nun əsas komandası ötən il Premyer Liqanı tərk etdi. Bu, klubun tarixində ilk belə hadisə idi. Gənclərimiz isə ardıcıl iki il çempion oldular. Məcbur olduq 12 oyunçumuzu əsas komandaya verək. Mərkəz müdafiəçimiz Kalugin və iki hücumçumuz əsas komanda ilə məşq edir. Onların üzlərini, demək olar ki, görmürəm. Əsas komandamız Rusiyanın ikinci liqasında çıxış edir. Bu o deməkdi ki, bizim ehtiyat komandamız olmadığından, 19 yaşlılarımız özlərindən böyüklərə qarşı çıxış edirlər. Moskvada qalan oyunçularımız var ki, onların yaşı bir qədər çoxdu. 4 futbolçumuz bu oyundan dərhal sonra Belçikaya yollanacaq. Bu üzdən növbəti görüşü buraxacaqlar. Amma “Qəbələ” ilə cavab matçına yetişəcəklər. Təxminən 8-9 oyunçumuz milli komandalarda oynayır.

- 19 yaşlılarınızın özlərindən böyüklərlə oynaması onların xeyrinədi, yoxsa ziyanına?

- Bu, bizim futbolçuların xeyrinədi. Çünki orda təcrübə qazanırlar. O təcrübədən sonra geriyə dönüb gənclərlə oynamağın mənası olmur. Bəzi mənfi cəhətlərinə baxmayaraq, bu amil futbolçularımızın xeyrinədi. Güclənirlər. Orda sərt oyun olsa da, bundan qaçmaq mümkün deyil.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30