23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı: “Ola bilər “Xəzər Lənkəran” həmin oyunu xatırlamasın”

“Qarabağ”ın qapıçısı Boyan Şaranov Topaz Premyer Liqasının V turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: Futbolxeber.az saytı serbiyalı qolkiperin müsahibəsini təqdim edir:

- “Qarabağ”ın heyətində debüt etdin. Təəssüratların necədir?

- Bu oyun mənim üçün çox önəmli idi. Cəmi 15 gündür komandaya qoşulmuşam. Debüt görüşümdə qol buraxmaq istəmirdim. 3 xal qazandığım üçün şadam. Vacib qələbə qazandıq.

- Debütundən razı qaldın?

- Hər şey qaydasında idi. Meydanda çox da işim olmadı. Əsas o idi ki, konsentrasiyamı itirməyim. Məncə debütum pis alınmadı.

- Digər qapıçı İbrahim Şehiç bosniyalı, sən isə serbsən. Onunla yola gedirsiz?

- Şehiç komandada ən yaxın dostumdur. Biz futbol oynayırıq. İkimizin də istəyi “Qarabağ”ın daha da irəli getməsidir. Komanda üçün çalışırıq. Əlimizdən gələni edirik ki, çempionda, avrokuboklarda uğur qazanaq.

- Avroliqada nə vaxt debüt edəcəksən?

- Bu haqda düşünmürəm. İşim məşqlərdə özümü yaxşı tərəfdən göstərməkdir. Əlimdən gələni edirəm və şansımı gözləyirəm.

- Azərbaycana gələndə düşünürdün ki, ehtiyat qapıçı olacaqsan?

- Heç vaxt bu barədə düşünməmişəm. Heyətlə bağlı baş məşqçi qərar verir. Birinci-ikinci söhbəti yoxdur.

- Daha əvvəl Azərbaycanda olmusan. 2013-cü ilin iyulunda “Makkabi”nin heyətində Azərbaycana gəlmişdin. “Xəzər Lənkəran”ı 8:0 hesabı ilə darmadağın etdiyiniz görüşü xatırlayırsan?

- Həmin oyun yadımdadır. O gün şanslı günümüz idi. Matçı çox yaxşı xatırlayıram. Ola bilər “Xəzər Lənkəran” həmin oyunu xatırlamasın.

- 25 iyulda baş tutan görüşdə “Xəzər Lənkəran”ı kapitan qismində meydana çıxaran Rahid Əmirquliyev indi komanda yoldaşındır.

- Elədir. Az da olsa, danışmışıq.

- “Xəzər Lənkəran”ın dağılmasından xəbərdarsan?

- Bu haqda məlumatım var. Vaxtı ilə “Xəzər Lənkəran” yaxşı komanda olub.

- Azərbaycanda gördüklərindən məmnunsan?

- Bakı çox gözəl şəhərdir. Ailəmə də bildirdim, ilk dəfə bura gələndə şoka düşmüşdüm. Bakıda inanılmaz dərəcədə gözəldir və Avropadan geri qalmır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30