24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Risk etmək istəmədim”

“Hər bir oyun bizim üçün vacibdir. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq. Ümumən pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədir. Oyun düşündüyümüz kimi alındı. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikrozədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım”.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Bədavi Hüseynovun zədəsi nə yerdədi?

- Fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. “Kəpəz”lə oyuna hazır olacaq. Həmin görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm.

- Qara Qarayevi bu gün müdafiənin mərkəzində oynatdınız. Həmin mövqedə necə təsir bağışladı?

- Qaranı bəzi yoxlama görüşlərində o mövqedə yoxlamışıq. Orda da oynamaq gücündədir. Müdafiənin mərkəzi Qara üçün tanışdır. Bəzən məşqlərdə, ikitərəfli oyunda da onu bu mövqedə yoxlayırıq.

- Bu görüşdə dubl edən Rahid Əmirquliyev əvvəlki oyununu tam bərpa edibmi?

- Rahid çoxdan hazırdır. Artıq neçə oyundur ki, çempionatda əsas heyətdə meydana çıxır. Sadəcə, bəzi nüanslar var ki, hər dəfə meydana buraxa bilmirəm. Çoxdan hazırdır. Tam öz oyununu bərpa etməsi üçün oyun təcrübəsi lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30