11 Dekabr 2019, Çərşənbə
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Ölkə futbolu

“Kəpəz”in qapıçısı: “Bütün komandalar Sumqayıtda çətinlik çəkirlər”

“1:1 hesabı oyuna görədir. Meydana qələbə üçün çıxmışdıq. Qazanılan 1 xalı normal nəticə hesab edirəm”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Kəpəz”in qapıçısı Tadas Simaitis deyib.

Topaz Premyer Liqasının V turunda “Kəpəz” səfərdə “Sumqayıt”la heç-heçə oynayıb - 1:1.

Litvalı qolkiper qeyd edib ki, Sumqayıt səfərində xal qazanmaq bütün komandalar üçün çətindir: “Motivasiyamız yaxşı idi. Qələbə qazanmaq istəyirdik. Lakin nəzərə almaq lazımdır ki, “Sumqayıt” evdə yaxşı oynayır. Bütün komandalar Sumqayıtda çətinlik çəkirlər. Buradan xal aparmaq heç də asan deyil”.

Simaitis komandası qol vurduğu epizodda rəqib qapıçının səhv edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb: “Həmin epizodu tam dəqiqliyi ilə görə bilmədim. Amma hesab edirəm ki, “Sumqayıt”ın qapıçısı topu görmürdü. Bu isə bütün qapıçılara çətinlik yaradır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31