26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elxan Abdullayev: “Həmkarlarımı tənqid etmək istəmirəm”

Son dəqiqələrdə uduzmaq çox üzücüdür. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Ancaq oyundan razı qaldım. Səhvlərimizi bilirəm. Gələn oyunlarda bu səhvləri aradan qaldırmağa çalışacağıq. Bu gün heyətdə cəmi 14 futbolçu var idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yeni baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının V turunda “İnter”ə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, bu yenilginin “Neftçi”nin “Qəbələ”dən aldığı 0:8 hesablı hesablı məğlubiyyətdən daha ağır olduğunu qeyd edib: “Bu oyundakı məğlubiyyət daha böyük şok effekti yaratdı. 0:8 hesablı məğlubiyyətdə ilk 15 dəqiqədən sonra bilirsən ki, artıq uduzmusan. Bu gün oyunçular istəkli idi. İlk öncə məqsdimiz komandanı bu psixoloji vəziyyətdən çıxarmaqdı. Məncə, bunu bacardıq. Komandanın meydandakı oyunu bunu sübut edir”.

Abdullayev “Neftçi”nin əvvəlki məşqçilərini tənqid etmək fikrində olmadığını söyləyib: “Həmkarlarımı tənqid etmək istəmirəm. Onlara hər şeyə görə təşəkkür edirəm. Bəlkə də, onların komandadan tələbi başqa idi. Ancaq vəziyyət tək futbolçuların fiziki hazırlığında deyil. Əsas problem odu ki, ehtiyat qüvvə yoxdu. Baxın "İnter"in ehtiyat oyunçular skamyasına. Bizdə heç əsas heyətdə Nizami Hacıyev səviyyəsində oyunçu yoxdu. Qışda öz istədiyim heyəti yığandan sonra buna mən cavabdeh olacam”.

Elxan Abdullayev bildirib ki, rəhbərlik ona qışda lazımi transferlərin ediləcəyinə söz verib: “Bütün mövqeləri gücləndirmək istəyirik. Komandada hər mövqeyə ən azı 2 oyunçu olmalıdı. Əvəzedici heyət "dizbat" deyil ki, zəif oynayan futbolçunu ora göndərək. Həm də heyətimiz kasaddır. Futbolçuları əvəzediciyə göndərsəm, kim oynayacaq? Özüm meydana çıxım?

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30