25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

İdman jurnalistləri Bəhram Bağırzadəyə etiraz edir - BƏYANAT

Bir neçə idman saytı “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin bugünlərdə idman jurnalistləri ilə bağlı fikirlərinə etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir: "Bir neçə gün əvvəl “Neftçi” PFK Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə öz feysbuk səhifəsi vasitəsilə bəyanat yaymış, azad idman mediasının ünvanına yersiz ittiham və ifadələr işlətmişdi. Sözügedən bəyanatın ağır məğlubiyyət sonrası yazıldığını, hisslərin soyuq başla düşüncəyə güc gəldiyini nəzərə alaraq gözləməyi, klub rəsmisinin sözlərinə düzəliş edəcəyi, üzr istəyəcəyini düşündük. Ancaq hələ də heç bir dəyişiklik yoxdur.

Bu səbəbdən də bu bəyanata qoşulan KİV-lərin nümayəndələri olaraq Bəhram bəyin diqqətinə çatdırırıq: “Komandanın uğursuz nəticələrinin mətbuatın üzərinə yıxılması özü-özlüyündə absurddur. Bəyanatınızda ümumiləşdirərək dediyiniz rüşvətxor media ifadəsinə görə isə üzr istəməyinizi gözləyirik. Aşağıda adları qeyd olunan media nümayəndələri olaraq 3-5 nəfərin hərəkətinə görə adımızın ləkələnməsinə yol verə bilmərik. İfadələrinizdə konkret kimləri, ümumiyyətlə rüşvət dedikdə nəyi nəzərdə tutduğunuzu açıqlamağınız da gərəkdir. Çünki ovaxtkı verilənlər rüşvət idisə, sizin də təmsil olduğunuz rəhbərliyin hazırda etdiyi nədir? Siz “Neftçi” üçün stadionlardan çəkilməyən, yay-qış, isti-soyuq demədən oyunlarda, müxtəlif tədbirlərdə iştirak edərək işini vicdanla görənlərin əziyyətini yerə vurur, jurnalist fəaliyyətini görməzdən gəlirsiniz. Hisslərin güc gəldiyi bəyanatın soyuq başla izahı və üzrxahlığınızı eşidəcəyimizə, bununla aramızdakı narazılıqların daha da böyüməsinə imkan verməyəcəyinizə inanırıq”.

Bəyanat aşağıdakı KİV-lər tərəfindən birgə hazırlanıb:

Rekord.az

Fanat.az

Futbolpress.az

Komanda.az

Sport7.az

Korner.az

Futbolxeber.az

Sportinfo.az

Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30