19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Slovan"ın qapıçısı: "Rəşadın qolunda bəxtim gətirmədi"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk oyununda 2:2 hesablı heç-heçə etdiyi Çexiya "Slovan"ın qapıçısı Martin Dubravka klubunun rəsmi saytına müsahibə verib. O, Bakıdakı matç haqda təəssüratlarını bölüşüb.

- Oyunu necə dəyərləndirirsiniz?

- Məqsədimizə çatmaq üçün bir az bəxtimiz gətirmədi. Ancaq bu, futboldur. Qalib gəlsəydik, oyunumuza daha yaxşı qiymət vermək olardı. Qələbəyə çox az qalmışdı. Matçın yalnız son dəqiqələrində 3 xalı itirəndə həmişə çox üzücü olur. Oyundan əvvəl çoxları deyə bilərdi ki, 1 xal da dəyərlidir. Ancaq biz qələbəyə bu qədər çox yaxın idik... Bunun nə qədər qiymətli xal olduğunu qarşıdakı oyunlar göstərəcək. Fikrimcə, ikinci qolumuz gözlənilməz oldu. Bu, həmçinin matçın əvvəlində olana aiddir. Hərçənd, rəqib oyunun böyük hissəsini topa nəzarət edirdi. Ancaq biz də çox yaxşı təşkilatlanmış idik. Futbolçulara çətin idi, öz güclərinin maksimumu daxilində oynayırdılar. Təəssüf ki, 10 saniyəmiz çatmadı. Hər halda, bizə utandırıcı olmamalıdır.

- İkinci qolda zərbəni görmədiniz?

- O, əslində, sadə zərbə deyildi. Bundan əlavə, rəqib kapitan "çərçivə"yə yaxşı zərbə vurdu. Mən hətta topu qaytarmağa çalışdım, ancaq ona çatmadım. Bir az bəxtim gətirmədi. Ancaq bu, futboldur.

- "Qarabağ”ın daha çox şansı oldu ki, bu da əsasən ikinci hissədə idi. Reynaldonun həmlələri davamlı idi. Onun meydanda hərəkətlərini təsvir edə bilməzsiniz?

- Biz üzbəüz qalmışdıq. Top ondan bir az aralıda idi, zərbə vurmaq rahat deyildi. Rəqib evdə oynayır və qələbə qazanmaq istəyirdi.

- Erkən qol sizə nə qədər kömək oldu?

- Bu halda rəqib komanda hər şeyə yenidən başlamalı olur. Artıq 10-cu saniyədə qapıda top görürsən. Matç başlayır və birdən qol buraxırsan. Bir neçə dəfə yaxşı əks-hücumumuz oldu və rəqibə yaxşı futbol oynadığımızı göstərdik. Biz oyunun böyük hissəsini belə taktika ilə keçirdik. Son saniyələrədək hər şey bizim üçün yaxşı gedirdi.

- Bu nəticə qrupdan çıxmaq uğrunda vacib xal itkisi olacaqmı?

- İndidən demək çətindir. İddialı rəqiblərimizlə hələ 5 oyunumuz olacaq. Hər biri önəmlidir. Rəqiblərin hər birinin özünəməxsus adı, nüfuzu var. Bunu hətta "Qarabağ”la matçda da gördük. Hərçənd, Avropada yüksək nüfuza malik olanlar olsa da, "Qarabağ" çox yaxşı komandadır.

- Bazar günü "Slaviya” ilə oyununuz olacaq. Azərbaycandakı matdan sonra digər yarışa köklənmək nə qədər çətin olacaq?

- "Slaviya” hər birimiz üçün çox cəlbedici rəqibdir. Hesab edirəm ki, həmin matça yaxşı hazırlaşa bilərik. Avrokuboklarda duellər elədir ki, özünü göstərib yüksək səviyyəli komandalara çatmaq istəyirsən. Ancaq hesab edirəm ki, çempionata daha yaxşı hazırlaşa bilərik. İndi əsas məsələ yaxşı bərpa olunmağımızdır. Ondan sonrasına baxarıq (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30