24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Kapitan eşqinə...

Mənə görə qəhrəmanları tarix yetişdirmir, tarixi qəhrəmanlar yazır, bizə ötürür. Öz qılıncları ilə, öz qələmləri ilə, öz əlləri ilə, öz ayaqları ilə...

Bizim qəhrəmanımız dünən öz əli, ayağı, varlığı ilə elə şanlı olmayan futbol tariximizin növbəti səhifəsinə öz imzasını atdı...

Müasir Azərbaycan futbolu tarixinin ən uğurlu kapitanı hesab edirəm onu, müasir Azərbaycan futbolu tarixinin ən uğurlu lideri hesab edirəm onu... Əlbəttə ki, qara qaşına, qara gözünə görə yox... Gördüyü işinə görə...

Sözsüz, bütün cəmiyyətin 1 nəfərlə bağlı eyni düşüncədə olması anormallıqdı. Rəşadla bağlı fikirlər, düşüncələr də bir deyil. Zənnimcə, normal cəmiyyətdə təzadlı fikirlər olmalıdır.

Amma hər kəs qəbul etməlidir ki, Azərbaycan futbolu Rəşad Sadıqov kimi lideri yetişdirmək üçün 20 il dəridən-qabıqdan çıxmalıdır. Bəlkə də, Rəşad Sadıqov kimisi Azərbaycan futbolunda bir daha olmayacaq. Çünki liderlik illərin gətirdiyi bir nəsnə deyil, məncə... O qədər illərin təcrübəsi var ki, öz sözünü özünə belə “keçirə” bilmir. Liderlik Allah tərəfindən verilir və bu hər kəsə nəsib olmur.

Kapitanlıq isə liderliyin tərkib hissəsidir. Daha böyük rütbələr olsa da, nədənsə kapitan sözü həmişə əzəmətli səslənib... Əsl kapitan necə olmalıdır?

Bax bu suala cavab tapmaq üçün dünənki oyunun son 10 dəqiqəsinə baxmaq kifayətdir. O əzm, o mübarizə, o istək, o zərbə kapitan sözünün yazılışıdır. Kapitan sözü məhz belə yazılır...

Sonsuz təşəkkürlər, kapitan... Dünən fərəhləndirdin, qürurlandırdın...

Təəssüf doğuran məqam isə odur ki, o kapitan artıq 34 yaşındadır. Futbol isə elə bir oyundur ki, 34 yaş artıq yolun sonu deməkdir. Dünən bəlkə də son gücünü toplayıb vurdu o zərbəni...

Qəbul etməsək belə, dəfələrlərə şahidi olmuşuq ki, yaş öz sözünü deyir. Çox oyun olub ki, yaş öz sözünü Rəşadın da qulağına pıçıldayıb. Rəşad isə ona hələ ki qulaq asmır.. Kapitan kimi öz sözünü deyir. Ən gözəl söz isə qulağa pıçıltı ilə deyilən deyil, hayqıraraq deyiləndi... Dünənki kimi...

Elgiz ABBASOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30