25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin Müşahidə Şurası daha çox icraçı şuraya bənzəyir”

“AFFA olaraq klubların işinə qarışmırıq. Hansısa klub bizdən kömək istəyirsə, onlara dəstək oluruq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Elxan Məmmədov “Neftçi”nin hazırkı durumunu belə dəyərləndirib: “Neftçi”nin hazırkı vəziyyəti birbaşa komandaya aiddir. Klubun Müşahidə Şurası var və vəziyyətdən çıxmaq üçün müvafiq qərarlar qəbul edib. Mən bu qərarları şərh etmək istəmirəm. Bəli, Müşahidə Şurasının yaradılması AFFA tərəfindən tövsiyə edilib. Müşahidə Şurasının işi görülən işləri müşahidə etməkdir, icra etmək yox. “Kəpəz”də də Müşahidə Şurası var və orada hörmətli insanlar yer alıb. “Kəpəz”in Müşahidə Şurası barədə nəsə eşitmisiz? Onlar 3 ayda bir dəfə toplanıb, vacib qərarlar qəbul edirlər. Məşqçi ilə yeni müqavilə imzalanması, və s. Eyni sözləri “Sumqayıt” barədə demək olar. Bu klublardan fərqli olaraq, “Neftçi” də balans pozulub. Orda Müşahidə Şurası daha çox icraçı şuraya bənzəyir. AFFA Müşahidə Şurasının yaradılmasını tövsiyə edərkən klubların şəffaf çalışmasını istəyirdi”.

Elxan Məmmədov AFFA-nın sabiq və indiki əməkdaşlarının “Neftçi”də fəaliyyətə başlamasına belə münasibət bildirib: “Orxan Hüseynzadə daha AFFA-da işləmir. O, 3 il yarım bizimlə əməkdaşlıq edib. Aktiv insan olub. 2000-ci ilin əvvəlində bəzi klubları o yaratmışdı. Daim futbolun içində olub. 2008-ci ildə onu AFFA-ya dəvət etdik. Daha sonra öz istəyi ilə özəl sektora getdi. Lakin hələ də UEFA nümayəndəsi kimi beynəlxalq görüşlərə təyinat alır. “Neftçi”dən Çingiz Abdullayev onun barədə soruşdu, biz də müsbət fikirlərimizi çatdırdıq.

İslam Abbasov millidə baş inzibatçı vəzifəsində çalışır. Xahiş olundu ki, bir müddət “Neftçi”yə kömək etsin, biz də müvəqqəti olaraq çalışmasına razılıq verdik. Dediyim kimi, hər zaman bizə müraciət edən klublara dəstək göstərmişik. Lakin “Neftçi”də yeni təyinat alan digər nümayəndəni, Elnur Eyvazovu tanımıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30