20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Avroliqada hər xal çox önəmlidi”

“İlk oyun ağır olur. Hər bir komanda yaxşı start götürmək istəyir”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Slovan”ı qəbul edən Ağdam klubu meydandan 1 xalla ayrılıb - 2:2.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Futbolçulardan razı qaldım. Çox yaxşı başlanğıc oldu. Bu cür turnirlərdə son saniyələrə kimi oynamaq çox vacibdi. Ola bilər ki, son tura kimi 2 komanda müəyyənləşməsin. Bizim üçün böyük təcrübə oldu. Bir neçə qol imkanlarımız oldu. Hesabda önə keçməli olduğumuz halda, ikinci qolu buraxdıq. Bu, futbolçularımıza pis təsir etdi. Allaha şükürlər olsun ki, sonluq yaxşı oldu. Avroliqada hər xal çox önəmlidi. Azarkeşlərə də minnətdaram, sona qədər bizimlə oldular. Bu cür turnirdə zəif oyun, asan komanda yoxdu. Futbolçular belə görüşlərdə daha da bərkiyirlər. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çəkinmirik, qorxmuruq”.

- Sizə elə gəlmədi ki, hakimin qonaqlara daha çox simpatiyası var idi? Bir də bu gün Kintananın günü deyildi. Elə deyilmi?

- Hakimin qüsurları çox idi. Oyunun gedişatında bu görünürdü. Rəqibimiz ilk növbədə, bizə oynamağa imkan verməməyə çalışırdı. Belə rəqibə qarşı oynamaq çətindi. Daniyə gəlincə, ola bilər ki, bəzi epizodlarda alınmırdı. Orta xəttə keçəndən sonra oyunu öz üzərinə götürdü. Sadəcə, ilk hissədə son ötürmələri dəqiq olmurdu. Bu da normal haldı. Açığı, ondan razı qaldım. Nəzərə almaq lazımdı ki, ilk oyun idi. Gələn oyunlarda daha yaxşı çıxış edəcək.

- Rəşad Sadıqov hücuma qoşulanda hər dəfə təhlükəli an yaşanır. Olmaz ki, onu hücuma daha çox qoşasınız?

- Lazım olan anda hücuma atılır. Rəşadın təcrübəsi buna imkan verir ki, nə vaxt hücuma keçmək lazım olduğunu bilsin. Amma Rəşad ilk növbədə, müdafiəçidi, müdafiəni düşünməlidi. Futbolda belə anlar olur ki, müdafiəçilər də qol vururlar. Amma Rəşadı tez-tez irəli xəttə göndərə bilmərəm (gülür).

- Reynaldonun aktivində bu mövsüm Avroliqada cəmi 1 qol var. Razısız ki, son 1 ildə əvvəlki Reynaldonu görə bilmirik?

- Biz də ondan daha yaxşı oyun gözləyirik. Reynaldo 6 aylıq zədədən sonra formasını bərpa etdi. Getdikcə pis təsir bağışlamır. Nə qədər çətin olsa da, əlimizdə olan futbolçunu yaxşı formada saxlamağa çalışırıq. O, bacardığını edir. Belə matçlarda müdafiəçilər hücumçulara qarşı daha diqqətli olurlar. Buna baxmayaraq, bir neçə qol epizodu yaratdı, sadəcə vura bilmədi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30