19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Brüsseldə “Qəbələ”yə xüsusi dəstək

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim "Qəbələ"nin düşərgəsini ziyarət edib.

Futbolxeber.az saytının məlumatına görə, "Qəbələ"nin "Anderlext"lə oyunöncəsi son məşqindən əvvəl, Brüsseldə - "Konstant Vanden Stok" arenasında baş tutan görüşdə Fuad İsgəndərov və Xəzər İbrahim klub rəsmiləri və futbolçularla görüşüb.

"Anderlext" - "Qəbələ" oyununda "qırmızı-qaralar"a uğurlar arzulayan Fuad İsgəndərov nəticədən asılı olmayaraq hər zaman "Qəbələ"nin yanında olacaqlarını bildirib: "Komandanın son dövrlərdə göstərdiyi uğurlu çıxışın bu oyunla da davam edəcəyinə inanırıq. "Anderlext" - "Qəbələ" matçında sıravi azarkeş kimi sizi sona qədər tək qoymayacaq, öz dəstəyimizi göstərəcəyik. Daha öncə də Azərbaycan klubları "Anderlext"lə qarşılaşıblar. Bu dəfə hər şeyin bizim xeyrimizə nəticələnməsini arzulayırıq. Nəticədən asılı olmayaraq hər zaman yanınızdayıq".

Görüşün sonunda Fuad İsgəndərov "Qəbələ" İdman Klubuna hədiyyəsini təqdim edib və xatirə şəkli çəkdirilib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30