8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Ölkə futbolu

“Real”ın appelyasiyasını geri çevirənlər bizim şikayətimizi qəbul edərlər?”

Bakı “İnter”inin prezidenti Rəşad Qasımovun Futbolxeber.az saytına müsahibəsi

- Komandanız “Sumqayıt”ı məğlub etməklə 2 turluq qələbə həsrətinə son qoydu. Görüşlə bağlı nə deyə bilərsiz?

- “Sumqayıt”la görüşdə qələbə qazanmağı çox istəyirdik. Yekunda da lazım olan 3 xalı götürdük. Artıq turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Komanda istədiyimiz vəziyyətdədir.

- FIFA-nın “İnter” haqda çıxardığı qərardan şikayət etməyə hazırlaşırsınız?

- Xeyr, hər hansı etiraz olmayacaq.

- Belə çıxır ki cəza ilə razılaşırsınız?

- Başqa variantımız yoxdu axı.

- Hər halda İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək olardı.

- Olardı. Amma Madrid “Real”ın appelyasiyasını geri çevirənlər bizim şikayətimizi qəbul edərlər?

- Trasfer qadağı hədəflərinizi dəyişməyib?

- Xeyr, iddiamızda qalırıq. Məqsədimiz Premyer Liqada yer tutmaq, avrokuboklara yollanmaqdır. Avroliqanın qrup mərhələsində oynamaq istəyirik.

- Bu heyətlə qarşıya qoyulan hədəfə çatacağınıza inanırsınız?

- Niyə də yox? Məgər, başqa variantımız var?

- Başqa variantınız yoxdur. Amma istəyinizi reallaşdırmaq çətin olacaq.

- Razıyam ki, çətin olacaq. Lakin mən komandama güvənirəm. İnanmasaydım, “İnter”də nə işim vardı...








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31