20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qriqorçuk: “Çox qol vursaq da...”

Topaz Premyer Liqasının IV turunun “Neftçi” - “Qəbələ” oyunundan (0:8) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis darmadağını belə şərh edib:

“Neftçi” ilə oyunda 3 xal qazanmağımızdan razı qaldıq. Oyun planında da yaxşı oynadığımızdan çox müsbət əhval-ruhiyyədəyik. Həmişə yaxşı nəticə qazanmaq, qollar vurmaq istəyirik. Bu, həmişə alınmır. Lakin bu gün istədiyimiz kimi oldu. Bunun “Neftçi”nin tarixində ən böyükhesablı məğlubiyyət olduğunu bilmirdim. Futbolçular UEFA Avropa Liqasının “Anderlext”lə qarşılaşma öncəsi müsbət əhval-ruhiyyə qazandılar. Belə vəziyyətdə öyrənmək çox yaxşıdır. Rəqibi qiymətləndirə bilmirəm. Bizim komanda isə yaxşı oynadı. Çox qol vursaq da, səhvlərimiz oldu ki, onları təhlil edib, aradan qaldırmağa çalışacağıq. Meydana hər dəfə olduğu kimi ən yaxşıları buraxmışdıq. Yalnız limiti nəzərə almaq şərtinə əməl edirik. Bu gün bütün futbolçulardan razı qaldım. Amma onların hər birinin üzərində çalışmalı olduğu məqamlar var. Bunu da təhlil edəcəyik. Artıq “Anderlext” haqda kifayət qədər məlumat toplamışıq. “Neftçi” ilə oyundan sonra çatdırmayacağımızdan buna əvvəldən başlamışıq. Lakin bu haqda danışmağa hazır deyiləm. Hələ yenə də təhlil etməliyəm. İlk yarıda müəyyən arxayınlaşma hiss olunurdu. Fasilədə oyunçularla danışdıq və ikinci hissədə artıq hər şey qaydasında idi. Hesabdan asılı olmayaraq, qələbə özünəinam və müsbət əhval-ruhiyyə bəxş edir. Ağıllı futbolçular da bundan yaxşı istifadə edir. Biz bu gün “Anderlext” deyil, “Neftçi” haqda düşünürdük və bu oyunda qələbə üçün çalışırdıq”.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30