19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Riçard Almeyda: "Kimisə qorxutmaq fikrimiz yoxdur" (MÜSAHİBƏ)

“Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb

- Oyunu yüngül məşq hesab etmək olar?

- Yaxşı nəticə əldə etdiyimizi demək olar. Məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik və gözəl nəticə alındı. Amma oyunu yüngül məşq hesab etmək olmaz. Kənardan asan görünə bilər, amma hər oyun çətindir.

- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz olan "Slovan"ının məşqçisi də  bu oyunu canlı izlədi. Sizcə, onun gözünü qorxuda bildiniz?

- Bu haqda məlumatlı deyildim. Kimisə qorxutmaq fikrimiz yoxdur. Bu gün şanslarımızı maksimum şəkildə dəyərləndirdik.

- "Slovan"ın məşqçisi Yaroslav Köstl sənin oyununu bəyəndiyini dedi.

- Hər futbolçu oyundan-oyuna daha da artırmalıdır. Meydanda öz işimi görürəm. Bizim öz dəst-xəttimiz var. Qapıçı müdafiəçiələrə, müdafiəçilər də mərkəz xəttə kömək edir. Qurban Qurbanov bizdən hər oyun daha da artırmağı tələb edir. Rəqib məşqçinin haqqımda xoş sözlər deməsinə sevinirəm.

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Bu barədə nə deyə bilərsən?

- Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq və əvvəlki atmosferi görməyəcəyik.

- Avropa Liqasının qrupundan çıxmaq şansınızı necə dəyərləndirirsən?

- Qrupumuz elə də asan deyil. Avropa Liqasında zəif rəqib olmur. Öz oyunumuzu nümayiş etdirəcəyik. İstəyirik ki, uğurlu nəticə əldə edək.

- “Fiorentina” qrupun favoritidir. Digər komandaların şansı necədir?

- Təbii ki, “Fiorentina” favoritdir. Bütün komandalar mübarizə aparacaq. Zəif rəqib yoxdu. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30