28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahir Mədətov: “Xal itkisinə görə baş məşqçini günahlandırmaq olmaz” (MÜSAHİBƏ)

21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Mahir Mədətov Farer adaları ilə görüşdən sonra Futbolxeber.az saytına müsahibə verib.

- Gözlənilmədən Farer adaları ilə oyunda 2 xal itirdiniz. Qələbə qazanmağınıza nə mane oldu?

- Birinci hissədə yaxşı təsir bağışlamadıq. Rəqibin hesabı açması gözlənilməz idi. Fasilədə komanda daxilində söhbətimiz oldu. Uşaqlarla sözü biryerə qoyduq ki, mütləq qələbə qazanmalıyıq. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı. Yalnız 1 xalla kifayətləndik.

- Millimiz bu gün qələbə qazansaydı, rekorda imza atacaqdı...

- Bu, seçmə mərhələdə son ev oyunumuz idi. Ona görə də qələbə qazanmağı arzulayırdıq. Uduza bilməzdik. Qol vurmaq üçün şanslarımızı dəyərləndirsəydik, bəlkə də nəticə fərqli olacaqdı.

- Xal itkisini arxayınçılıqla əlaqələndirmək olar?

- Qətiyyən. Hər hansı arxayınçılıqdan söhbət gedə bilməz. Oyuna çox ciddi hazırlaşmışdıq. Təlim-məşq toplanışımız yüksək səviyyədə keçmişdi. Məşqlər, istirahət - hər şey qaydasında idi. Bu gün qələbə qazana bilmədiyimiz üçün çox təəssüflənirik. Futbolda belə hallar olur. Çalışmalıyıq ki, növbəti oyunlarda yaxaladığımız şansları dəyərləndirək.

- Bəziləri uğursuz nəticəyə görə baş məşqçi Yaşar Vahabzadəni günahlandırır...

- Yox, belə deyil. Yaşar müəllim də uğur qazanmağımız üçün əlindən gələni edir. Komandanı lazımi səviyyədə motivasiya edir. Xal itkisinə görə baş məşqçini günahlandırmaq olmaz.

- Millimiz məğlubiyyətdən məhz sənin vurduğun qolla qaçdı. Bu barədə nə söyləyə bilərsən?

- Qolu mənim, ya bir başqasının vurmağı önəmli deyil. Əsas odur ki, fərqlənməyi bacardıq. İkinci hissədə toparlandıq, özümüzə gəldik. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Farer adaları qolu da heç nədən vurdu. Arxada boşluq yarandı və bundan istifadə etdilər.

- Əsas millinin San Marino ilə görüşünə dəvət alsan da, meydana çıxmadın. Özünü əsas yığmada oynamağa hazır sayırsan?

- Millidə ilk növbədə özümü göstərməliyəm. Bunun üçün məşqlərdə tam gücümlə çalışıram. Meydana çıxmağa hazır idim. Yekun qərarı baş məşqçi verir. Onun qərarına hörmətlə yanaşıram.

- Ramil Şeydayev artıq millimizin üzvüdür. Onun yığmamıza gəlişi böyük səs-küyə səbəb oldu. Bu məqam narahatçılıq doğurmur?

- Ramil Rusiyanı Azərbaycana dəyişdi. Üstəlik, “Trabzonspor”da forma geyir. Səs-küyü məhz bununla əlaqələndirmək olar. Ona görə çoxları Ramilin debütunu gözləyirdi. Mən üzərimə düşəni edirəm. Başımı aşağı salıb, tam gücümlə məşqlərdə çalışıram ki, həm milliyə, həm “Qarabağ”a kömək edə bilim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31