20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Azərbaycan layiqli qələbə qazandı"

"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi”. Futbolxeber.az saytının məlumatına görə, bunu San-Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb:

- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?

- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.

- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?

- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı.

- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?

- Fikrimcə baş məşqçinin... Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.

Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30