25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

AFFA prezidenti: “Prosineçkiyə narahatlığımı çatdırdım”

"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi". Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Yığmamızın San-Marino üzərində 1:0 hesablı qələbəsini dəyərləndirən AFFA prezidenti bildirib ki, komandamızdan narazı qalıb: "Dörd yüz fazilik qol şansımız oldu. Ancaq istifadə edə bilmədik. Tsiklin ilk oyunudu və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyun baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San-Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil. Baş məşqçiyə də narahatlığımı çatdırdım. Ola bilər ki, Robert Prosineçki müəyyən taktiki dəyişiklər etdi. Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm".

Abdullayev sonda vurğulayıb ki, millinin ehtiyat oyunçular skamyası genişdi və bu da yaxşı rəqabət yaradır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30