25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” - “Dinamo-Avto” oyununun vaxtı dəqiqləşdi

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlarını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, avqustun 31-dən məşqlərini Odessada gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir. Yığmaların düşərgəsində olan futbolçular - Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir. “Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündür məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30