25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” Olimpiya Stadionunda oynasa, ora tam dolacaq”

"Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsi

- Bu gün UEFA nümayəndəsi Bakıda stadionlara baxış keçirdi. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Slovan"la oyunu harada keçirəcəyinə qərar verildimi?

- Biz turnir müddətində ev oyunlarımızı keçirməklə bağlı UEFA-ya bir neçə variantımızı demişik. Ancaq gələn nümayəndə qərar vermək səlahiyyətində deyil. Biz "Dalğa Arena"nı, oyunların keçirilməsi mümkün olan bütün variantları göstərdik. Özümüzün görəcəyi işlərlə bağlı məlumat verdik.

- UEFA nümayəndəsi uzun müddətə icarəyə götürdüyünüz Tofiq Bəhramov adına Respublika stadionunda da olub...

- Bəli. UEFA ilə razılıq əldə olunmamış qəti bir söz demək olmaz. Gələn həftənin 1-ci və ya 2-ci günü cavab gəlməlidir ki, məsələyə aydınlıq gəlsin. Onda biləcəyik ki, nə məsləhət bilib, nə qərar veriblər. UEFA-nın qərarı ilə oyunu keçirəcəyimiz yeri biləcəyik.

- Belə çıxır ki, Bakı Olimpiya Stadionu variantı birdəfəlik gündəmdən düşüb...

- Ora bizim variantlarımıza daxil deyil.

- Bunun səbəbi nədir? Bununla bağlı birmənalı fikir söylənilmir...

- Ancaq ot örtüyünün vəziyyəti ilə bağlıdır. Başqa nə ola bilər ki?

- Belə deyilir ki, arenanın tutumu çox böyük olduğundan "Slovan"la oyunda oranı azarkeşlə doldurmaq mümkün deyil. Ona görə də "Qarabağ" həmin matçı Bakı Olimpiya Stadionunda keçirməkdə maraqlı deyil...

- Yox-yox. Bizim elə bir qorxumuz yoxdur. Biz bilirik ki, Olimpiya Stadionunda oynasaq, ora tam dolacaq. Ancaq indi bizim üçün əsas amil ot örtüyüdür.

- Bəs hazırda Respublika stadionunun qazonu necədir? UEFA nümayəndəsində hansı təəssürat oyatdı?

- Bununla bağlı UEFA-ya bir təklifimiz oldu. İnşallah, həftənin 1-ci günü bu haqda ətraflı məlumat verə biləcəyəm.

- Ot örtüyünün vəziyyəti düzəlirmi?

- Düzəlir. Qazonda bərpa işləri gedir.

- Belə demək olar ki, indiki vəziyyətdə "Slovan"la matçı "Dalğa Arena"da keçirməyi daha optimal sayırsınız?

- Yox. Əgər UEFA icazə versə, "Tofiq Bəhramov"da da oyun keçirilə bilər. Bunu o zaman biləcəyik ki, UEFA-nın mərkəzi ofisindən məlumat gəlsin (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30