19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Azərbaycan millisi San Marinoda

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə San Marino yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi artıq adıçəkilən ölkəyə çatıb.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə yola düşən yığma ilk olaraq İtaliyanın Federiko Fellini adına Rimini şəhər Hava Limanına ayaq basıb.

Saat 16:00-da yola düşən komanda 4 saatlıq uçuşdan sonra Avropa ölkəsində olub.

Oradan San Marinoya gedən milli "Best Western Palace Hotel" mehmanxanasında məskunlaşıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığma ilə birlikdə səfərə AFFA rəsmiləri, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Həvəskar futbolçuların "MFL San Marino Kuboku"nun qalibi olan "Yuventus Baku"nun üzvləri və bir qrup futbol azarkeşi San Marinoya gəlib.

Millini məskunlaşdığı mehmanxanın qarşısında azsaylı azərbaycanlı azarkeşlər qarşılayıb, şüarlar səsləndirib, komandanı qələbəyə çağırıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə C qrupunda yarışacaq. Digər rəqiblərimiz Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç yığmalarıdır. San Marino-Azərbaycan matçı sentyabrın 4-ü, Bakı vaxtı ilə saat 20:00-da, San Marino Şəhər Stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30