20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev təqvimdən şikayətləndi: “20 gün fasilə çoxdu” (MÜSAHİBƏ)

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.

- Yoxlama oyununda komandanız U-21-ə 1:2 hesabı ilə uduzdu. Görüş barədə nə deyə bilərsiz?

- 5 gün fiziki hazırlıq üzərində çalışmışıq. Yorğunluq fonunda bir oyun keçirmək istəyirdik. U-21-ə uduzsaq da, qarşılaşma bizim üçün faydalı oldu.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Futbolçularda ağırlıq, yorğunluq var idi. Bu da normal haldı. Həmçinin 2 heyətlə oynadıq. Normal qarşılaşma alındı. Hücumlarda rəngarənglik var idi.

- Premyer Liqaının növbəti turunda “Zirə”yə qarşı keçirəcəyiniz oyuna 1 həftədən çox vaxt qalıb. Bundan sonrakı planlarınız nədən ibarətdi?

- Bütün hazırlığımız “Zirə” ilə oyuna hesablanıb. Qarşıdakı bir həftədə taktiki-texniki hazırlığımız olacaq. Daha bir yoxlama oyunu keçirməyi planlaşdırırıq.

- Rəqib müəyyənləşib?

- Yox, hələ ki rəqib axtarışındayıq. Görüş ayın 5-də olacaq.

- Çempiontda yaranan fasilə “Kəpəz”in çıxışına təsir edəcək?

- Fasilə istənilən komandaya təsir edir, oyun ritmini aşağı salır. 20 gün çoxdu. Ümid edirəm ki, gələcəkdə fasilə müddəti qısalacaq. Çempionatın rəngarəng keçməsi, futbolçuların hazır olması milliyə daha xeyirlidi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30