19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Emin Mahmudov: "San-Marinonu udmasaq...”

“San-Marino yığması ilə oyunumuz çətin olacaq. Çünki rəqib böyük qüvvə ilə müdafiə olunacaq". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının debütantı Emin Mahmudov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Millimizin 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığması ilə sentyabrın 4-də səfərdə keçiriləcək matç haqqında danışan "Boavişta"nın yarımmüdafiəçisi deyib ki, ilk qolu vura bilsək, ardı gələcək: "Mütləq udmaq lazımdır. Udmasaq, pis vəziyyətdə olacağıq. Buna görə qələbə ilə başlamaq yaxşı olardı. Rəqibin oyununu hələ görməmişəm. Hələ millidə oynamadığımdan, deyə bilmərəm ki, həyəcan olacaq, ya yox. Oynayandan sonra milli ilə klub arasında fərqi deyə bilərəm. Komandada hər şey yaxşıdır. Burda tanıdığım futbolçular var, problem yoxdur".

E.Mahmudovun fikrincə, hər bir rəqibə qarşı ciddi yanaşmaq lazımdır: "Meydana yaxşı əhval-ruhiyyədə, qələbəyə köklənərək çıxmaq lazımdır. Hər oyun çətindir. Köklənmə olmayanda, hər matç çox ağır olacaq. İstər San-Marino olsun, istər Andorra, kiminlə oynayırsan oyna, fərqi yoxdur".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30