19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Veteran futbolçumuzun 70 illiyi qeyd olundu

Azərbaycanın veteran futbolçusu Aleksandr Timçenkonun dünən Bakıda 70 illik yubileyi qeyd olunub. Futbolxeber.az saytının məlumatına görə, uzun illərdə Rusiyada yaşıyan Timçenko 24 iyun 1946-cı ildə Gəncədə anadan olub. Yaşadığı İrkutsk şəhərində Timçenkonun yubileyi yüksək səviyyədə qeyd olunub. Lakin 70 yaşlı veteran yubileyini doğma vətənindəki dostları ilə birgə qeyd etmək istəyib.

Bu səbəbdən də dünən Bakıdakı restoranların birində Timçenkonun yaxınları, vaxtı ilə birgə oynadığı futbolçular, eləcə də jurnalistlərin iştirakı ilə mərasim ba tutub. Tədbirdə Yaşar Babayev, Orucəli Durmuşov, Füzuli Cavadov, Füzuli Nəcəfov, Rafiq Mirzəyev, Sulduz Salmanov, Anar Salmanov, Ömər Paşayev və digərləri iştirak ediblər. Veteran futbolçuya “Neftçi” və “Kəpəz”in 70 nömrəli formaları təqdim olunub. Məclisə yığışanlar səbəbkar hadqa xoş sözlər deyib, xaritələrini bölüşüblər.

Qeyd edək ki, uzun illərdi İrkutskda yaşayan  Aleksandr Timçenkon vaxtı ilə “Lokomotiv” (Bakı), OİK (Bakı), “Krasniy Sulin” (Rostov), “Daşqın” (Zaqatala), “Kirovabad” kimi klublarda forma geyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31