20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA rəhbərliyi San Marino ilə oyunda milliyə uğurlar arzuladı

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov, Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib.

Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb.

Baş məşqçi Robert Prosineçki və millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30