24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Futbolumuzda bu problem neçə ildi var, görünür, nəyisə düz etmirəm”

“İcraiyyə Komitəsinin iclası qeyri-ənənəvi keçdi. İlk dəfə idi ki, Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində bir araya gəldik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA prezidenti bu gün keçirilən İcraiyyə Komitəsinin toölantısından sonra brifinq keçirib.

R. Abdullayev iclasda müzakirə olunna məsələlər barədə bunları söyləyib: “İclasda futzal və çimərlik yığmamızla bağlı məsələlər müzakirə olundu. Ən əsası danılmış oyunlarla bağlı bəyənnamə qəbul olundu. İcraiyyə Komitəsinin üzvləri bəyənnəməyə qol çəkdilər. Futbol ictimaiyyətini də bu prosesə qoşulmağa çağırırıq. Bu məsələ cinayət məcəlləsində də öz əksini tapıb. Danışılmış oyunlar böyük probemdi. Bütün dünya buna qarşı mübarizə aparır”.

AFFA prezidenti qeyd edib ki, futbolun inkişaf fondu yaratmaq barədə qərar qəbul edilib: “Azərbaycan futbolunda sponsorlarla bağlı probem var. Bəziləri 1-2 il sponsorluq etdikdən sonra fikirlərindən daşınırlar. Onlar futboldan kənar adamlardır və özlərini reklam etməklə məşğuldurlar. Bütün bunları nəzərə alaraq, futbolun inkişafın fondu yaratdıq. Açıq danışmaq lazımdır. Bu gün AFFA bəzi klublara kömə edirik. Bu isə düz alınmır. Hər şey şəffaf şəkildə həyata keçirilməlidir. Ona görə də belə bir fond yaratmağı lazım hesab etdik”.

Premyer Liqada klubların azalmasının birinciliyin səviyyəsinə təsir göstərəcəyini deyən Rövnəq Abdullayev, millimizin qarşısına qoyulan hədəflərdən də söz açıb: “Hədəf hər zaman var. Məqsədimiz AVRO-2020-də iştirak etməkdir. Eyni zamanda yığmamızı DÇ-2018-də də görmək istərdik. Niyə də Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyək? Bunun üçün futbolçularımız gecə-gündüz çalışmalıdırlar. Uğur asan əldə olunmur”.

Abdullayev sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək matça da toxunub:  “Artıq futbolda asan rəqib olmur. Hər bir görüş çətin keçir. Yığmamıza qarşıdakı görüşdə uğurlar arzulayırıq. İnanırıq ki, seçmə mərhələyə uğurla start verəcəklər”.

Sonda AFFA prezidenti azarkeş probleminə də toxunub: “Neçə ildir futbolumuzda azarkeş problemi var. Görünür, mən nəyisə düz etmirəm. “Bakcell Arena”nın tutumu 11 mindir. Amma heç o stadionu da doldurmaq mümkün olmur. Bu problemin səbəbini hələ də tapa bilməmişik. Görünür, menecment sistemində səhvlərə yol vermişik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30