19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Elmar Məmmədyarov: “Millimizin DÇ-2018-də oynayacağına inanırıq”

“İclas çox maraqlı keçdi. Vacib məsələri müzakirə etdik. Çox sevindirici haldır ki, AFFA-da sərbəst müzakirələr gedir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədayrov deyib.

AFFA İcriayyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verən Məmmədyarov klub səviyyəsində futbolumuzun inkişaf etdiyini bildirib: “Bu il 2 klubumuz yenə də Avroliqanın qrupa çıxıb. Əfsuslar olsun ki, Çempionlar Liqasında qrupa yüksəlmək mümkün olmadı. Amma buna imkan var idi. “Viktoriya” ilə oyuna mən də baxdım. 85-ci dəqiqədə qol buraxdıq. Klub səviyyəsində ölkəmizdə inkişaf gedir”.

Nazir millimizdən də uğurlu çıxış gözlədiyini qeyd edib: “Görək millimiz DÇ-2018-in seçmə mərhələsində necə çıxış edəcək. İlk matçımız səfərdə San Marinoya qarşıdı. Qələbə ilə seçmə mərhələyə start verəcəyimizə inanıram. Komanda ilə görüşəndə də bildirdik ki, millimiz 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında görmək istəyirik. Buna inanırıq. Komandada motivasiya da var. Olimpiadada 18 medal qazanan ölkə komanda şəklində də uğur qazanmalıdır”.

Elmar Məmmədyarov İcaiyyə Komitəsində adaptasiya ilə bağlı problem yaşamadığını bildirib: “Adaptasiya lazım deyil. Çünki Azərbaycanda hamı uşaq vaxtı futbol oynayıb. İndi də hərdən meydana çıxmaq istəyirəm. 56 yaşım var, bir qədər çətindi. Amma imkan olanda özüm də futbol oynayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31