19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"“Fiorentina” rəsmisi: “Qarabağ”la oyun bizə daha maraqlıdır”

Avropa Liqasının oyunlarını maraqla gözləyirik. Bu mövsüm kuboku qazanmaq üçün çox güclü komandalar mübarizə aparacaq”. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Fiorentina”nın idman direktoru Panteleo Korvino İtaliya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirən klub rəsmisi “Qarabağ” haqda da fikir bildirib: “Qarşımızda üç ciddi rəqib var. PAOK-la Salonikidə oynamaq həmişə çətin olub. “Slovan” yaxşı komplektləşmiş komandadır. Avroliqa təcrübələri çoxdur. Nəhayət, Azərbaycan komandası. Bu rəqiblə qarşılaşma bizə daha maraqlıdır. "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda “Fiorentina” ilə qarşılaşacaq. Görüş sentyabrın 29-da İtaliyada keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31