24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

UEFA “Qəbələ”nin tarixi nailiyyətini qeydə aldı

UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Futbolxeber.az saytının məlumatına görə, qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib. UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016-2017 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.

“Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. “Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. “Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub. Belə ki, 2009-cu ildən indiyədək yalnız 8 dəfə bir klubun 4 mərhələ keçib, qrupa yüksəlib. Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin “Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012-2013 və 2015-2016 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin “Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, “qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib. Bu iki klubdan başqa, İngiltərə “Fulhem”i (2011-2012), Hollandiya “Tvente”si (2012-2013), Norveç “Tromse”si (2013-2014) və İsrailin Təl-Əviv “Makkabi”si (2016-2017) 4 mərhələ adlayıb.

Xatırladaq ki, “Qəbələ” ötən mövsümdə “Dinamo” Gürcüstan (1:2, 2:0), “Çukariçki” Serbiya (0:1, 2:0), “Apollon” Kipr (1:1, 1:0), “Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə “Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), “Lill” Fransa (1:1, 1:0) və “Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.

Xəbərə keçid: http://www.uefa.com/uefaeuropaleague/news/newsid=2398518.html

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30