25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Göteborq" "Qarabağ"dan UEFA-ya şikayət etdi

"Göteborq" Avropa Liqasının pley-off mərhələsində səfərdə "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu haqda "Göteborq"un idman direktoru Mats Qren bildirib. O deyib ki, oyundan dərhal sonra UEFA-ya yazılı şəkildə şikayət ediblər:

"UEFA-da bir çox qayda var. Nədənsə, oyunun yaxşı qazonda keçirmək barədə qayda yoxdur".

İsveç klubu hesab edir ki, futbolçuları Mikael Boman və Soren Riks sırf stadionun  qazonunun bərbad olması səbəbindən zədələnib.

M.Boman özü bununla bağlı bildirib: "Zərbə vurmaq istəyəndə ayağım qazona ilişdi. Bu, indiyə kimi oynadığım ən pis qazondur. "Qarabağ"ın bu cür stadionda oynaya bilməsinə heyran oldum".

Qeyd edək ki, "Göteborq"un baş məşqçisi Andersson Frank komandasının məğlubiyyətinin əsas səbəbinin qazonun olmadığını bildirib.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30