26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Turan"ın 6 xalının silinməsi rəsmən təsdiqini tapdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

“Turan” klubunun keçmiş baş məşqçisi Naci Şensoy klubla olan müqaviləsinin şərtlərinə klub tərəfindən əməl edilmədiyi üçün FİFA-ya müraciət etmiş və FİFA-nın İntizam Komitəsi 01 mart 2013-cü il tarixli iclasında növbəti mövsümdən “Turan” klubunun aktivindən 6 xal silinməsi qərarını qəbul etmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

- 2013/2014 mövsümündə I divizionda çıxış edəcək Turan” klubunun aktivindən 6 xal silinsin.

15 iyun 2013-cü il U-16 Liqasının AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

15 iyun 2013-cü il U-16 Liqasının “Turan” – “Rəvan” matçının 64-cü dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Zeki Sinanla “Turan” klubunun 7 №-li futbolçusu İlkin Rzayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).

15 iyun 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Vətən” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun 99 №-li futbolçusu Cəmil Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 iyun 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin NTD – “Neftçi-2” matçının 30-cu dəqiqəsində “Neftçi-2” klubunun 14 №-li futbolçusu Saleh Həsənli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 iyun 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Baku Flames” – “Xəzri” matçının 15-ci dəqiqəsində “Baku Flames” klubunun 8 №-li futbolçusu Orxan Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

15 iyun 2013-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Kia Motors” – “Zəfəran” matçının 48-ci dəqiqəsində “Zəfəran” klubunun 10 №-li futbolçusu Elxan İsmayılov, “Kia Motors” klubunun 8 №-li futbolçusu Əsgər Alışanov və 9 №-li futbolçusu Neymət Ömərov dava-dalaşda iştirak etdiyinə görə birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 6 oyunluq cəzalanır (maddə 39.2).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30