20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” və “Qəbələ” əvvəlki uğurların təsadüfi olmadığını sübuta yetirdi”

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib. Futbolxeber.az saytının məlumatına görə, R. Abdullayev “Qəbələ” və “Qarabağ”a qrup mərhələsində uğurlar arzulayıb:

“Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının play-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu turnirdə çıxış edən hər iki klubumuz - “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30