24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” - yenə də qitənin 2 klubundan biri!

“Qəbələ” Avropada mövsümün rekorduna şərik olub. Futbolxeber.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinə yüksələn 80 komandadan yalnız ikisi yarışa I təsnifat mərhələsindən başlayıb, bu qədər irəliləməyi bacarıb.

Maraqlıdı ki, ötən mövsümdə də yalnız iki komanda belə uğura imza atmışdı. Həmin vaxt bu rekorda şəriklərdən biri olan “Qəbələ” yenidən həmin nailiyyəti təkrarlayıb.

Roman Qriqorçukun yetirmələri növbə ilə “Samtredia” (5:1, 1:2), MTK (2:1, 2:0), “Lill” (1:1, 1:0) və “Maribor”u (3:1, 0:1) sıradan çıxarıb. Təmsilçimiz kimi, İsrailin “Makkabi” (Təl-Əviv) klubu da 4 mərhələ adlayıb.

Qeyd edək ki, “ötən il “Qəbələ”nin rekorduna Norveç “Rusenborq”u şərik idi (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30