24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nika Kvekveskiri: “Maribor”u keçəcəyimizə inanırdıq”

UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, Sloveniyada keçirilən cavab oyununda “Maribor”a 0:1 hesabı ilə uduzan “Qəbələ” iki oyunun ümumi nəticəsində rəqibini mübarizədən kənarlaşdıraraq, ardıcıl ikinci dəfə qrup mərhələsinə yüksəlib.

“Qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki “Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var. Bilirdik ki, onlar belə güclü oynayacaq və buna hazır idik. Amma qarşılaşmanın sonluğu çox çətin alındı. Buna səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik. Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. “Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. “Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30