25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Roman Qriqorçuk: “Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik”

“Son 20 dəqiqədə sakitliyimi qorumaq istədim. Emosiyaya qapılmadım”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Maribor”la görüşdən sonra deyib.

“Qəbələ”ni ardıcıl 2-ci il Avroliqanın qrup mərhəəsinə daşıyan ukraynalı mütəxəssis matçdan sonra “CBC-Sport”a verdiyi açıqlamada komandasının səhvlər etdiyini bildirib: “Psixoloji hazırlıq baxımında böyük iş gördük. Amma oyun baxımından çatışmazlıq vardı. Oyunçular səhvlər edirdilər. Fasilə dedim ki, bunları aradan qaldırmaq lazımdır”.

Qriqorçuk ötənilki ilə indiki komandasını müqayisə etmək istəməyib: “İki ildir eyni ssenari üzrə işləyirik. Bu mövsüm komandanı yenilədik. Mənim “Qəbələ”yə sevgim o qədərdir ki, ötənilki ilə indiki komandanı müqayisə edə bilmirəm. Çalışacağıq daha da inkişaf edib, yaxşı nəticələr qazanaq. Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik”.

“Qəbələ”nin çalışdırıcısı sonda heyəti gücləndirməli olduqlarını vurğulayıb: “Desəm ki, transfer olmayacaq, gülməli çıxar. Hazırda komanda 2 futbolcu lazımdır ki, bunun da biri hücumçu olmalıdır. Yeni oyunçuları rəqabəti gücləndirməlidirlər. Amma kor-koranə transfer də etməyəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30